"Prestupnaya Rossiya" saytının 18 yanvar, 2017-ci il tarixində yayımladığı xəbərdə, "Ermənistan prezidentini oğru məclisində "Ded Xasan"la görüblər" adlı yazı və video yerləşdirilib.
Xəbərdə qeyd olunur ki, Erməni bloqer Arçruni Avatesyan, öz səhifəsində Ermənistan prezidenti Serj Sarkisyanın, "qanuni oğrular" - Aslan Usoyan (Ded Xasan 2013-cü ildə Moskvada öldürülüb), Razmik Amoyan (Çako) və kriminal aləmin digər üzvlərilə birlikdə hansısa şadlıq mərasimdə iştirak etdiyi foto və video kadrları yerləşdirib. Videokadrda qeyd olunan tarixə inansaq, göründüyü kimi mərasim 28 may, 1993-cü ildə keçirilir. Burada, mərasimin nə ilə əlaqədar olduğu və ya nəyə həsr edildiyi məlum deyil. Amma videoya baxanda Sarkisyanın kriminal aləmin yuxarı dairələrilə münasibətinin sıx olması bəlli olur.








