RU
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi - FOTO
14:30
622

Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi - FOTO

Ermənistan Prezidenti Armen Sarkisyan Rusyanın RBK telekanalına müsahibəsində həqiqətləri təhrif edib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün "Twitter” hesabından bildirib.

 

O qeyd edib ki, Armen Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb.

"Onun sözlərinə görə, 1980-ci illərin sonunda Azərbaycanı bir milyondan çox erməni tərk edib. Fakt: 1989-cu il siyahıyaalınmasına görə ölkədə 390.505 erməni olub”, - deyə Leyla Abdullayeva vurğulayıb.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ