RU
Ermənistan Qarabağda döyüşən könüllülərə…10 min dollar verəcək
12:15
580

Ermənistan Qarabağda döyüşən könüllülərə…10 min dollar verəcək

"Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər”.

7News.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, gənclər Ermənistanı tərk edir, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedir, ya da Qərb dövlətlərinə mühacirət edirlər: "Bundan əlavə Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə artır, yaxınlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər.

Ermənistan mülki müdafiə naziri Viqen Sarkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb: "Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək”. Başqa sözlə, Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxınlarda parlamentdə qanun şəklinə gələcək. Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?” 

Ekspert burada bir məqama diqqət yetirməyi lazım bilir: "Azərbaycanın insani potensialı kifayət qədərdir, döyüş bölgəsində xidmət problemimiz yoxdur. Aprel döyüşləri də göstərdi az qala bütün əhali döyüşə atılmaq istəyirdi. Ancaq mənə elə gəlir ki, biz də cəbhə bölgəsində xidmət keçənlərə xüsusi imtiyazlar haqqında düşünməliyik. Doğrudur, aprel döyüşlərində şəhid olanların ailələrinə və yaralanan hərbçilərə böyük diqqət göstərildi. Ancaq bunun qanun şəklinə gətirilməsinə bizdə də ehtiyac var. Yəni, ölümə gedən bilməlidir ki, qanun tələbi ailəsi, övladları daima dövlət qayğısı içində olacaqlar”.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ