RU
lombard
Ermənistan Qarabağın kənd təsərrüfatını ildə 100 milyon dollarlıq qarət edirdi
17:20
184

Ermənistan Qarabağın kənd təsərrüfatını ildə 100 milyon dollarlıq qarət edirdi

İkinci Qarabağ müharibəsindəki məğlubiyyət nəticəsində Ermənistan təkcə kənd təsərrüfatında ildə təxminən 100 milyon dollar itirəcək.

7News.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu "Ermənistanın Aqrar-Kəndli Birliyi" QHT-nin sədri Graç Berberyan 26 yanvarda jurnalistlərlə görüşündə deyib.

Onun hesablamalarına görə, Qarabağdakı müharibə nəticəsində Ermənistan nar, şaftalı, ərik və digər meyvələrin yetişdirildiyi 3 min hektar meyvə bağını, 50 min hektar buğda sahəsini, həmçinin ən azı 200 hektar ildə 2 min ton soğan yetişdirilən sahələri itirib. 

"Qarabağdan Ermənistana 100 min ton buğda idxal edilirdi. Belə bir mənbənin itirilməsi buğdanın idxalı üçün ölkənin 20-30 milyon dollar daha çox xərcləməsi deməkdir", - Graç Berberyan deyib. Sanki 30 ilə yaxındır işğal edilmiş Azərbaycan ərazilərin soyulması qanuni bir iş olub.

Xatırladaq ki, əvvəllər Ermənistan rəsmiləri Qarabağın Azərbaycanın nəzarəti altına qaytarılması nəticəsində işğal olunmuş ərazilərdən ucuz elektrik enerjisi ala bilməyəcəklərini bildirmişdilər. Yalnız bu il Ermənistanın Qarabağdan 300 milyon kilovatsaat elektrik enerjisi almaq niyyətində olduğu bildirildi. Bu o deməkdir ki, Azərbaycanın daxili bazarındakı qiymətlərlə bu elektrik enerjisi təqribən 13,5 milyon dollara başa gəlir.

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ