RU
Ermənistan rəhbərliyindən Azərbaycandan qayıdan əsgərə qadağa
15:05
646

Ermənistan rəhbərliyindən Azərbaycandan qayıdan əsgərə qadağa

Ermənistan rəhbərliyi Azərbaycanın noyabrın 18-i təhvil verdiyi əsgər Andranik Qriqoryanın valideynləri ilə görüşməsinə icazə verilmir.

Bu haqda Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Qriqoryanın yeznəsi Armen Arutyunyan bildirib ki, tibbi müayinədən sonra Andronik sorğu-sual edilmək üçün polis bölməsinə aparılıb: “Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışdırıb, onun dediklərini başa düşdükdən sonra evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib”.

Qeyd edək ki, təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Xatırladaq ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ