Ermənistan Rusiyadan döyüş təyyarələrini bu tarixdə alacaq
Su-30SM təyyarələrinin ilk partiyası gələn ilin əvvəlində Ermənistana veriləcək.
Bu barədə Ermənistanın müdafiə naziri da David Tonoyan deyib.
Onun sözlərinə görə, ilk partiyada 4 təyyarə olacaq.
"Daha sonra bu təyyarələrdən yenə alacağıq. Artıq təyyarələrin alınması üçün ilk ödənişlər Rusiyaya verilib. Ermənistan Rusiyadan yeni silahları almağa davam etdirəcək”, - deyə o bildirib./publika