Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin minaatandan atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.
Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdamın Qaradağlı kənd sakini 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.
Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib./apa
7news.az








