RU
“Ermənistan təxribat etsə, öz başında çatlayacaq” AÇIQLAMA
18:05
41

“Ermənistan təxribat etsə, öz başında çatlayacaq” AÇIQLAMA

"Ermənistan ordusu yenə də öz təxribatlarına ara vermir. Demək olar ki, hər gün sərhəd boyunca gərginlik yaradır, atəşkəsi pozur. Səbəb? Səbəb tam olaraq aydın deyil. Bilinmir, bunlar sülh istəyirlər, yoxsa müharibə? Ermənistanı idarə edənlər hələ də anlamırlar, ya da anlamaq istəmirlər ki, belə təxribatlarla nəyəsə nail olmaq mümkün deyil”. Bunu "Səs” qəzetinə açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycan yetərincə güclüdür və həmin gücün hansı səviyyədə olması 44 günlük müharibədə də hər kəsə məlum oldu: "Yəni, hərb yolu ilə Ermənistanın Azərbaycana hansısa təsir, təzyiq edə bilməsi və ya Ermənistandakı revanşistlərin məqsədinə çatması, çata bilməsi mümkün deyil. Hətta bunu düşünmək belə absurddur. Üstəlik, diplomatiyada da bizə uduzurlar. Başqa qalır nə? – Yalnız və yalnız münasibətləri düzəltmək, sabitlik üçün çarələr axtarmaq. Sabitliyin də yeganə çarəsi sülh müqaviləsinin bağlanmasıdır”.

Elşən Musayev onu da bildirdi ki, bundan sonra Ermənistan təxribat etsə, öz başında çatlayacaq: "Çünki onlar 44 günlük müharibədə bitiblər, rəzil olublar, rüsvay olublar. Ermənistandakı revanşistlər isə nağılpərəstlərdir. Paşinyan həmin terrorçuların sözü və ağlı oturub dursa öz dövlətini tamamən batıracaq. Çünki zaman dəyişib, şərait dəyişib, şərtlər dəyişib. Hazırda diktə edən tərəf Azərbaycandır. Güclü və qalib tərəf də bizik. Bir daha qeyd etmək istəyirəm: Paşinyan lazım olanı etməsə, sülh müqaviləsini bağlamasa, üçtərəfli anlaşmalardakı öhdəlikləri yerinə yetirməsə, yalnız və yalnız uduzacaq, Ermənistanı uçurumun dibinə qədər aparacaq”./sia

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ