Ermənistan və İran Araz çayı üzərində yeni körpü tikintisinin layihəsi üzərində işləyir.
7News.Az "news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Krinstina Qaleçyan bildirib.
Onun sözlərinə görə, körpünün tikintisi ilə bağlı texniki göztəricilər dəqiqiləşdirilir.
Nazir müavinin bildirib ki, yenisi mövcud körpüyə paralel olaraq tikiləcək: "Tələsmək lazım deyil, texniki-iqtisadi araşdırmaların başa çatmasını gözləmək lazımdır”.








