Ermənistan xarici işlər naziri Antalya Diplomatik Forumunda iştirak edəcək
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 1-3-də keçiriləcək 3-cü Antalya Diplomatik Forumunda (ADF) iştirak edəcək.
7NEWS.az xəbər verir ki, Ermənistanın rəsmi xəbər agentliyi "Armenpress"in Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir Mirzoyan martın 1-3-də keçiriləcək forumda iştirak edəcək. Mirzoyanın ADF 2024-də iştirak edəcəyi ilə bağlı məlumat da forumun saytında yer alıb.
7NEWS.az