RU
Ermənistan yalnız və yalnız terror siyasəti yürüdüb - TƏHLİL
09:38
380

Ermənistan yalnız və yalnız terror siyasəti yürüdüb - TƏHLİL

"Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıq erməni vandalizminin növbəti nümunəsidir. Biz belə nümunələri dünya ictimaiyyətinə təqdim etməliyik, bəşəriyyət bunları görməlidir. Eyni zamanda hər kəs bilməli və agah olmalıdır ki, kənarda özünü yazıq kimi göstərən erməni əslində ən böyük vəhşi və ən böyük cinayətkardır”

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.


"Həmin məzarlıqda Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi şəkildə basdırılması ilə bağlı ciddi şübhələr müəyyən edilib, artıq Hərbi Prokurorluqda cinayət işi başlanılıb, zərərçəkənlər tanınıb. Edilli ərazisində əsir götürülmüş 25 şəxsin qəddarcasına öldürülməsi təxmin edilir. Amma bu rəqəmın daha artıq olması ehtimalı da böyükdür.

Erməninin xisləti, mahiyyəti bax budur. Yırtıcıdır onlar. Ermənistan heç zaman kişi kimi, mərdi-mərdanə mübarizə, müharibə aparmayıb. Bu dövlət yalnız və yalnız terror siyasəti yürüdüb.


Hazırda ciddi dəqiqləşdirmələr aparılır. Məzarlıqdakı sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Tezliklə adlar, öldürülən şəxslərin kimliyi müəyyən olunacaq.

Dəqiq olan budur ki, bütün hallarda məlum məzarlıq ermənilərin törətdiyi vandalizm aktıdır. Humanitarhüquq normalarına, Cenevrə Konvensiyasının 17-ci maddəsinə, beynəlxalq hüququn bütün prinsiplərinə qarşı gedərək ən ağır müharibə cinayətləri törətmiş Ermənistan dövləti öz cəzasını almalıdır. Bu minvalla həm Partiya sədri, həm də millət vəkili olaraq bütün beynəlxalq təşkilartlara müraciətim olacaq.” – deyə Elşən Musayev fikirlərinə davam edib.

"Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilən kütləvi məzarlıq ermənilər tərəfindən törədilmiş cinayətlərin daha bir sübutudur”

Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib:


"Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. 30-ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.

Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayətdir. Üçüncü Cenevrə Konvensiyası – "Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirmişdir.

Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir.

Dövlətdaxili cinayət hüququ və beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayət kimi tövsif edilir.

 

Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmuşdur. Müasir beynəlxalq hüququn xüsusi sahəsi – beynəlxalq münaqişələr hüququ və ya beynəlxalq humanitar hüquq müharibələr və ya hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyərək, döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir.

Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir.

Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olmuşdur. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirmişdir.”

 

Cavid Mustafayev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.5


 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ