RU
Ermənistan yeni nüvə enerji bloku tikmək istəyir
01:27
231

Ermənistan yeni nüvə enerji bloku tikmək istəyir

Yeni nüvə enerji blokunun tikintisi məsələsi Ermənistan hökumətinin gündəliyindədir.

7news.az APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Yervand Zaxaryan bildirib.

Nazir hökumətin yeni enerji bloku tikmək ideyasından imtina etməsinə dair yayılan xəbərləri təkzib edib: “İqtisadi nöqteyi-nəzərdən bizim bu layihədən imtina etməyə heç bir səbəb yoxdur”. 

Zaxaryan hökumətin Metsamor AES-ni 2027-ci ilədək istismar etmək və yalnız həmin tarixdən sonra 600 MVt gücündə yeni enerji blokun tikintisi məsələsinə baxmaq niyyətində olduğunu bildirib.

Zaxaryan 2017-ci ilin yazında Metsamor AES-in 3-4 aylıq əsaslı təmirə dayanacağını bildirib: “Təmir işləri Rusiyanın AES-in istismar müddətinin uzadılması üçün ayırdığı 270 mln dollarlıq kredit və 30 mln dollar məbləğində qrant hesabına aparılacaq. Məhz bu təmirdən sonra Metsamor AES-nin istismar müddətini 2027-ci ilədək uzatmaq mümkün olacaq”.

Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Metsamor AES-in bölgədəki dövlətlər üçün ciddi təhlükə yaradır.

Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ