Sünik bölgəsindəki Gorus-David-Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycana veriləcək.
Bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.
Məlumata görə, bu, gizli sənəddə yer alıb və ikitərəfli razılığa əsasən, yolun bu hissəsi 3 il ərzində Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir.
Təhlükəsizlik isə Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. 3 il ərzində Ermənistan tərəfi öz ərazisindən keçid yolu çəkməlidir, bundan sonra bu 21 km tamamilə Azərbaycana veriləcək.
Qeyd edək ki, Sünik Azərbaycanın tarixi torpaqları olan qədim Zəngəzur ərazisində yerləşir./publika








