Bakının Binəqədi rayonunda fəaliyyət göstərən və əxlaqsızlıq yuvası kimi kifayyət qədər tanınmış “Clera” otelinin sahibləri barədə “Azerinews.tv”-yə yeni ilginc məlumatlar daxil olub. Məlumatlar görə, uzun illərdi cinayətkar ailənin üzvlərinin cinayət əməlləri hüquq-mufahizə orqanlarının diqqətindən kənarda qalıb. “Clera” hotelinin sahibləri Fəxrəddin və Fikrət qardaşları bir vaxtlar MTN-nin hal hazırda həbsdə olan genaralı Akfi Çovdarovun “krışalığı” altında “at oynadırdılarsa” indi istiqamət Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi general-mayor Şərif Əsədullayevin nəzarəti altına keçib. Bu barədə redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Fəxrəddin və Fikrət qardaşlarına məxsus “Clear” otelinin daimi sakinlərinə çevrilmiş, müxtəlif sahibkarların və məmur övladlarının kifayyət qədər əyləncələri lentə alınaraq MTN-nin rəhbərliyinə ötürülüb. Həmin əyləncə lentlərinin biri də Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevə məxsus olub. Yeri gəlmişkən qeyd edək ki, Şərif Əsədullayevin oğlu ölkədə qeyri-adi hərəkətlərilə ad çıxarıb. Generalın oğlunun adı qarışan qalmaqalların sayı isə kifayyət qədərdi. Məsələn ilk dəfə Bakıda Tamerlan Əsədullayev və dostları “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən polisləri döydüyünə görə gündəmə gəlmişdi. Bunun ardınca isə ötən il Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqda Tamerlan Əsədullayev demek olar ki, ölkə gündəmini zəbt etmişdi. Generalın oğlunun bu cür özbaınalıqları isə onun “Clear” otelində əyləncə lentlərinin olduğuna dair şübhələri inandırıcı edir.
“Azerinews.tv”-yə daxil olan məlumatlarda bildirilir ki, “Clear” otelinə müxtəlif qızlarla əylənməyə gələn general Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin MTN-də çoxsaylı gizli video çəkiliş lentləri olub. Lakin belə video lentlərdən bir neçəsini sözü gedən otelin Fəxrəddin adlı sahibi zamanında sürətini çıxardaraq özündə saxlayıb. MTN-də baş veren məlum hadisələrdən sonra Fəxrəddin özünə yeni “krışa” axtarışına başlayıb. Tamerlan Əsədullayevin əyləncə və qalmaqallı video lentini atası Şərəf Əsədullayevə təqdim etdikdən sonra DİN-nin genaralı ilə sahibkar arasında dostul yaranıb. Bununla da “kişilik” hərəkəti edən Fəxrəddin Şərif Əsədullayevin rəgbətini və etibarını qazana bilib. Bunun müqabilində isə indi “Clear” otelinin əxlaqsızlıq yuvası kimi faəliyyət göstərməsinə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfinədən “krışalıq” edilir.
ANONS: Növbəti yazımızda Fəxrəddin və Fikrət qardaşlarının bir neçə il əvvəl İran tərəfi vasitəsilə nüvə materiyalı sayılan Uranın Ermənistan tərəfinə necə keçirildiyi və qardaşlardan birinin işğalçı dövlət tərəfində girov qaldığı barədə geniş yazı dərc edəcəyik. Bizi izləyin ki, xəbəriniz olsun...
Araşdırmalarımız davam edir.








