RU
Ermənistana xəbərdarlıq - Avropa Şurasından
18:02
494

Ermənistana xəbərdarlıq - Avropa Şurasından

Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyası Ermənistana ciddi xəbərdarlıq edib.

7News.az-ın məlumatına görə, komissiyanın yayımladığı hesabatda Ermənistanda xarici ölkə vətəndaşları və mühacirlərə qarşı zorakı, irqçi və nifrət dolu ifadələrin işlədilməsi tənqid edilib. Qeyd olunub ki, bu ölkədə irqçi, şiddət və nifrət ifadələrinin işlədilməsinə qarşı qanunda boşluqlar var. Onların aradan qaldırılması tələb olunub.

Bildirilir ki, son 5 ildə ölkədə irqçi və nifrət dolu ifadələrin işlədilməsi ilə bağlı yalnız 3 hal araşdırılıb. Bu işlərdən yalnız biri barədə  cəza tədbiri görülüb. Həmçinin qeyd olunub ki, irqçi və nifrət dolu ifadələrlə tənqid edilən şəxslər nədənsə bu barədə polisə şikayət etməkdən çəkinir.

Qeyd edək ki, Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyası Böyük Britaniya barədə də oxşar hesabat yayıb. Hesabatlar azad müşahidəçilərin həmin ölkələrdə apardığı araşdırmalar nəticəsində hazırlanıb.


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ