RU
Ermənistanda 2 hərbçi naməlum şəraitdə ölüb - YENİLƏNİB
13:40
29

Ermənistanda 2 hərbçi naməlum şəraitdə ölüb - YENİLƏNİB

Ermənistanda N saylı hərbi hissədə 2 hərbçinin ölümünün detalları açıqlanıb.

7News.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, hadisəyə ilkin səbəb kimi hərbi qulluqçular arasında münaqişə göstərilir, yəni"dedovşina” ilə bağlı olduğu bildirilir.

Hərbçilərin ölümü ilə bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

11:37
Ermənistanda hərbi hissələrdən birinin 2 hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçilər Artem Haykazyan və Armen Xaçatryan ölümcül güllə yarası nəticəsində ölüblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu, Ermənistan ordusunda avqust ayında sayca 6-cı hərbçi ölümüdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ