Son 10 ildə Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb.
Bunu jurnalistlərə ölkənin tanınmış sosioloqu Aqaron Adibekyan bildirib.
Onun sözlərinə görə, dövlət və özəl ali məktəblərinə daxil olmaq istəyənlərin sayı 110 mindən 85 minədək azalıb: "Bu, təkcə doğumun azalmasından asılı olmayan daha ciddi problemdir” .
A.Adibekyan qeyd edib ki, 2007-ci ildə ali məktəblərə 26 min nəfər qəbul olunurdu və onların yalnız 24 mini təhsilini başa vururdu: "2016-cı ildə isə 18 min nəfər ali məktəblərə qəbul olunub, yalnız 12700 tələbə tədris ilini başa vurub”./report
7news.Az








