RU
Ermənistanda 47 nəfər həbs olundu
17:13
1171

Ermənistanda 47 nəfər həbs olundu

Ermənistan Milli Təhlükəsizik Xidməti (MTX) İrəvanda polis binasının tutulması ilə bağlı açılan cinayət işi çərçivəsində aparılan araşdırmalar zamanı 47 nəfəri saxlayıb.

7News.Az xəbər verir ki, bu barədə Ermənistan MTX-nın yaydığı məlumatda bildirilir. 

Saxlanılan şəxslərdən 24-nə “Girov götürmə”, “Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması” və “Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi maddələri üzrə ittiham irəli sürülüb. 

Qeyd edək ki, ötən gün Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlamada bildirilir. 

Xatırladaq ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ