RU
Ermənistanda 6 hərbçi həbs olundu
12:09
954

Ermənistanda 6 hərbçi həbs olundu

Ermənistanda altı hərbçi bölük komandirini döyüb. 

Bu barədə Ermənistanın “Ayoç Axşar” qəzeti məlumat yayıb.
yayıb. 

Bildirilib ki, mayın 16-da, saat 21:30 radələrində bölük komandiri K Xaçaturyan postda xidmət vaxtı 6 hərbçinin içkili vəziyyətdə olduğunu görüb. Xaçaturyan hadisə barədə batalyon komandirinə məruzə edib. 

Daha sonra bölük komandiri ilə 6 hərbçi arasında mübahisə yaşanıb. Sonradan mübahisə davaya çevrilib. Əsgərlər bölük komandirini döyüblər. Nəticədə komandir xəsarət alıb. 

Hadisədən sonra altı hərbçi həbs olunub. Onlara qarşı cinayət işi başladılıb. /azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ