Ermənistanda son sutka ərzində 203 nəfərə COVID-19 diaqnozu qoyulub.
7News.Az xəbər verir ki, beləliklə, virusa yoluxanların ümumi sayı 43 min 270 nəfər olub. Onlardan 36 min 988 nəfər müalicə alaraq sağalıb.
Ölənlərin sayı isə 3 nəfər artaraq 864 nəfər olub.
Qeyd edək ki, hazırda Ermənistanda 5 min 153 aktiv virus daşıyıcısı var.








