Ermənistanda atışma olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
7News.Az “news.am”istinadən xəbər verir ki, hadisə Araqas vilayətində baş verib.
Ölən şəxslərin 40 yaşlı Artyom Xamoyan və 49 yaşlı Vardqes Qalstyan olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir, həbs edilənlər var.








