RU
Ermənistanda böyük korrupsiya sxemi ifşa edildi: saxlanılanlar var
13:46
255

Ermənistanda böyük korrupsiya sxemi ifşa edildi: saxlanılanlar var

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyində korrupsiya sxemi aşkarlanıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları agentliyin rəhbəri və şöbə müdirini rüşvət almaq ittihamı ilə saxlayıb.

Məlumata görə, qurumda korrupsiya sxemi uzun müddətdir fəaliyyət göstərirdi. Agentlikdəki vəzifəli şəxslər aldıqları rüşvəti daha yüksək rütbəli məmurlara ötürüb.

Müəyyən edilib ki, təkrar ekspertiza üzrə yerli komissiyalar vətəndaşlara əlillik dərəcəsi vermək üçün onlardan 20-40 min dram məbləğində (75-150 manat) rüşvət tələb edirdilər. Vətəndaşlardan alınan rüşvətin bir hissəsi komissiya üzvləri arasında bölüşdürülüb, digər hissəsi isə agentliyin rəhbərliyinə çatdırılıb.

Agentlik rəhbərinin kabinetində aparılan axtarışların gedişatında 2 milyon 547 min dram və 600 dollar pul aşkarlanıb. Pulun çox hissəsi zərflərdə olub.

Aydınlaşdırılıb ki, korrupsiya sxeminə 9 vilayət və paytaxt İrəvanın iki komissiyası, həmçinin təkrar ekspertizanın şöbə müdiri cəlb edilib. Əldə olunan faktlar üzrə sözügedən şəxslər barəsində cinayət işi qaldırılıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ