RU
Ermənistanda daha 702 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
14:26
129

Ermənistanda daha 702 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 702 yoluxma halı qeydə alınıb.

7News.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, son sutkada 23 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 714 nəfərə çatıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 142, xəstəlikdən sağalanların sayı isə 136 766 nəfərə yüksəlib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ