Özünü asıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin Ermənistandakı müqaviləli hərbçisi Şirak vilayətindəki kəndlərdən birində asılmış halda tapılıb.
Məlumata görə, intihar etmiş sərhədçi Ermənistan vətəndaşıdır.
Məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Araşdırmalar aparılır.
Xatırladaq ki, analoji hadisə Ermənistanda bu ilin mart ayında baş vermişdi. O vaxt Artur Afyan adlı hərbçi Gümrüdə asılmış vəziyyətdə aşkar edilmişdi./olke.az
7news.az








