Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistanda hərbi komissarlıqlardan birinin podpolkovnik rütbəli əməkdaşı həbs edilib.
7news.Az Sputnikarmenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanbildirib.
“Ermənistan Müdafiə Nazirliyinin xüsusi hərbi polis xidməti əməkdaşları tərəfindən hərbi komissarlıqlardan birinin podpolkovnik rütbəli əməkdaşı həbs edilib”, - Ovannisyanın məlumatında deyilir.
Onun sözlərinə görə, təfərrüatlar tezliklə açıqlanacaq.
7news.Az








