7 nəfər ağır vəziyyətdədir.
Yanvar ayının 17-də Ermənistanda daha iki H1N1 virusundan (“donuz qripi”) ölüm hadisəsi qeydə alınıb.
Ermənistanın Səhiyyə nazirliyinin məlumatına görə, onlar yanvar ayının 9-da ağciyərin ikitərəfli sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yatırılıblar.
Hər iki pasient süni nəfəsalma aparatına qoşulub.
Bu gün üçün daha 7 nəfər ağciyər sətəlcəmi diaqnozu ilə ağır vəziyyətdə xəstəxanadadırlar.
Həkimlər onların həyatı üçün mübarizəni davam etdirir.
Beləliklə, Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı bu gün üçün 16 nəfərdir./oxu
7news.az








