RU
Ermənistanda dəhşət - Mişarla polisə hücum etdi - VİDEO
15:47
400

Ermənistanda dəhşət - Mişarla polisə hücum etdi - VİDEO

Ermənistanda bir nəfər şəxs mühərrikli mişarla polis məntəqəsinə hücum edib.

7News.az xəbər verir ki, Dilican şəhərində Arman Ovsepyan adlı şəxs içkili halda əlinə mühərrikli mişar alıb, məntəqəyə gəlib və içəri daxil olmağa cəhd edib. Polis yalnız havaya atəş açdıqdan sonra onu çaşdıra bilib və zərərsizləşdirib.

Məlumata görə, Ovsepyan arvadının onu məhkəməyə verməsindən qəzəblənib və heyfini polislərdən çıxmaq istəyib. Qadın, Ovsepyanın davamlı olaraq onu döyməsindən bezərək məhkəməyə müraciət edibmiş.

İndi Ovsepyanın işinə hökumət nümayəndələrinə qarşı güc tətbiqetmə maddəsi də əlavə edilib və o, elə məntəqədəcə həbs edilib. /atv.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ