Ermənistanın Armavir şəhərində dəhşətli hadisə yaşanıb.
7News.Az erməni mediadına istinadən xəbər verir ki, avqustun 31-i və sentyabrın 1-də 11 nəfər saxta alkoqollu içkidən zəhərlənərək ölüb.
Ermənistan Səhiyyə Nazirliyi yaydığı məlumatda daha 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra Armavirdə alkoqollu içki satışı qadağan edilib.








