Ermənistanda bu gün hava kəskin istiləşəcək. Hətta yüksək temperatur səbəbilə ölkədə yanğın riski də mövcuddur.
Bu barədə Ermənistan Hidrometrologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, ən yüksək yanğın ehtimalı Şirak, Aragatsotn, Kotayk, Ararat, Armavir, Vayots Dzor, Syunik bölgələrində və İrəvandadır.








