RU
Ermənistanda dələduzluq halları artıb
20:16
35

Ermənistanda dələduzluq halları artıb

Ermənistanda qətllərin sayı azalıb, lakin fərqli xarakterli cinayətlərin sayı artıb.

Bu barədə bu ölkənin Daxili İşlər Nazirliyinin rəis müavini Aram Ovannisyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin yanvar-noyabr aylarında 35 052 cinayət qeydə alınıb: "2022-ci ilin eyni dövründə bu göstərici 33 281 idi. Beləliklə, cinayətlər 5,3 faiz artıb”.

"Qətllərin sayı isə 7 fakt azalıb. 2022-ci ildə 52, 2023-cü ildə isə 45 fakt qeydə alınıb”, - o qeyd edib.

A.Ovannisyan deyib ki, Ermənistanda 2023-cü ildə dələduzluq 2022-ci illə müqayisədə 342 fakt çox olub./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ