RU
Ermənistanda ekoloqlar həyəcan təbili çalır
20:50
561

Ermənistanda ekoloqlar həyəcan təbili çalır

Ermənistanda ekoloqlar həyəcan təbili çalırlar. İşğalçı ölkədəki yanacaq problemi meşələrin məhv olunması ilə nəticələnib.

Ağır iqtisadi tənəzzül yaşayan Ermənistanda elektrik enerjisi qiymətlərinin artımı əyalətlərdə yaşayan vətəndaşların həyatını daha da çətinləşdirib. Təbii qazın olmadığı ərazilərdə yaşayanlar evlərini qızdırmaq üçün alternativ yollar axtarırlar. Soyuqlar düşən kimi ölkənin qışa hazırlığı aktuallaşıb. Statistik təhlillərə əsasən vətəndaşların soyuq aylarda evlərini isitmək üçün çəkdiyi xərclər 2 dəfə artır. Əyalət insanları enerji pulunu ödəyə bilmədiklərindən meşələrə üz tuturlar. Ekoloqlar bunun ekoloji faciə olduğunu hesab edirlər. Onlar hökuməti əhalinin istilik problemini həll etməyə çağırıblar. Çünki, meşələrin qırılması kütləvi hal alıb. Ekoloq Levon Qalctsyan Ermənistanın Kənd Təsərrüfatı Nazirliyini məsələyə etinasız yanaşmaqda ittiham edir. Onun sözlərinə görə, meşələrə cavabdehlik daşıyan bu qurum onların mühafizəsini çox zəif təşkil edib. Evlərin qızdırılması üçün meşələrin qırılması çıxış yolu deyil. Çünki, ağaclar oduna çevrildikcə ekoloji tarazlıq pozulacaq. Nəticədə torpaq təbəqəsi sürüşməyə uğrayacaq, quraqlıq yaranacaq./ttv.az

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ