Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib.
Məlumata görə, hadisə dünən saat 19:20 radələrində baş verib. Belə ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sedrak Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib.
Sanoyan xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır./report
7NEWS.Az








