RU
Ermənistanda əsgərin ölümü ilə bağlı saxlanılan var
15:10
24

Ermənistanda əsgərin ölümü ilə bağlı saxlanılan var

Ermənistan silahlı qüvvələrinin əsgəri Edqar Aleksanyanın ölümü ilə bağlı başlanılan cinayət işi üzrə onun xidmət yoldaşı saxlanılıb.

Bu barədə "Sputnik-Armeniya” mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl Ermənistanın müdafiə nazirliyi məlumat yayıb ki, sentyabrın 2-də səhər saatlarında hərbi hissələrdən birində Edqar Aleksanyanın meyiti aşkarlanıb. İlkin məlumata görə, çənə nahiyəsində atəşi hərbçi özü açıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ