RU
12:49
320

"Ermənistanda hakimiyyətin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin..." - Ceyms Uorlik danışır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranıb.

7News.Az Trend-ə istinadən bildirir ki, bunu "Amerikanın səsi" radiostansiyasına müsahibəsində ATƏT-in Minsk qrupununun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib ki, yaranan yeni situasiya münaqişənin nizamlanması üçün imkanlar açır.

Sabiq həmsədr "yeni situasiya" dedikdə, Ermənistanda hakimiyyətin dəyişməsi ilə meydana gələn yeni imkanları nəzərdə tutduğunu qeyd edib:

"Əminəm ki, belə şəraitdə həmsədrlər iki ölkənin liderləri arasında rəsmi görüşün təşkili üzərində çalışırlar".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ