Ötən gecə Ermənistanda naməlum şəxslər Vanadzor həbsxanasının direktorunun "Niva” markalı avtomobilini partladıblar.
7News.az-ın məlumatına görə, bu barədə "Novosti Armenii” məlumat yayıb.
Hadisə gecə saat 02.30 radələrində baş verib. Partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Partlayış anında avtomobildə heç kəs olmayıb.
Polis araşdırma aparır./apa
7News.az








