RU
Ermənistanda həbsxanada qiyam
17:10
511

Ermənistanda həbsxanada qiyam

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

Hadisə oktyabrın 31-də gecə saatlarında olub.

Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.

Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb./oxu

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ