Ermənistanda hərbçilər minaya düşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Vardenisdə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan vaxt iki hərbçi minaya düşərək xəsarət alıblar. Onların vəziyyəti normaldır.