RU
Ermənistanda hərbi kompleksin tələbələri etiraz aksiyası keçirir
15:11
346

Ermənistanda hərbi kompleksin tələbələri etiraz aksiyası keçirir

Bu gün səhər saatlarından etibarən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndində yerləşən "Pokr Mher” (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.


 

Təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə "Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər işlədir. 

Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini bildirib. 

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ