Daha bir hindistanlı bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.
7News.Az Trend-ə istinadən xəbər verir ki, İrəvanda dava zamanı Hindistan vətəndaşı qətlə yetirilib.
Məlumata görə, qətlə yetirilən A.Suradi adlı 24 yaşlı Hindistan vətəndaşıdır. Məhkəmə tibbi ekspertizasının ilkin rəyinə görə, onun kürəyində deşilmiş-kəsilmiş yara olub.
Məlumata görə, Asratyan küçəsindəki dava yerindən sinəsində bıçaq yarası və kəllə-beyin travması ilə digər Hindistan vətəndaşı - 31 yaşlı M.Lindon xəstəxanaya çatdırılıb. Polislər üzərində qan izləri olan və geyimləri yırtılmış daha bir neçə Hindistan vətəndaşını saxlayıblar.
Fakt üzrə cinayət işi açılıb.








