Ermənistanda martın 16-dan aprelin 14-dək tətbiq edilmiş fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılacaq.
Qaynarinfo xəbər verir ki, müvafiq qərar bazar ertəsi fövqəladə iclas zamanı hökumət tərəfindən qəbul edilib.
Qeyd edək ki, Ermənistanda dünən 26 yoluxma daxil olmaqla, ümumi 1039 koronavirusa yoluxma halı qeydə alınıb.








