RU
Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatdı
15:30
186

Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı artır.

Yenisabah.az xəbər verir ki, ölkədə daha 2 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə yüksəlib.

Bu barədə Baş Nazir Nikol Paşinyan öz "Facebook” hesabında bildirib.

Qeyd edək ki, son sutka ərzində Ermənistanda daha 28 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədəki koronavirus xəstələrinin sayı 1067 nəfərə çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ