Ermənistanda daha 357 nəfərdə koronavirus aşkarlanıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 148 682 olub.
Ölkədə pandemiyadan ölənlərin sayı 17 nəfər artaraq 2 503-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 618-ə yüksəlib. İndiyədək 125 966 nəfər infeksiyadan sağalıb.
Hazırda ölkədə 19 595 aktiv koronavirus xəstəsi var.
7News.Az








