Ermənistanda daha 438 nəfərdə koronavirus aşkarlanıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 149 120 olub.
Ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 529-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 626-ya yüksəlib. İndiyədək 127 452 nəfər infeksiyadan sağalıb.
Hazırda ölkədə 18 513 aktiv koronavirus xəstəsi var.








