Ermənistanda son sutkada daha 156 nəfərdə COVID-19 aşkarlanıb.
7NEWS.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 506-ya çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 7893-ə yüksəlib.
İndiyədək 328 050 pasiyent infeksiyadan sağalıb.
7NEWS.Az








