Ermənistanda minanın partlaması nəticəsində 3 hərbçi ölüb, biri yaralıdır.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk hesabında yazıb.
Ölənlər Zakaryan Koryunoviç (1995), Abraamyan Qurqenoviç (1998) və Melikyan Mqeroviçdir (1997). 1998-ci il təvəllüdlü yaralı əsgər Narek Oveyanın isə vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo
7news.Az








