Dağlıq Qarabağ müharibəsinin veteranı Smbat Akopyan Ermənistan paytaxtının mərkəzində, Abovyan küçəsində döyülüb.
Bu barədə Ermənistan Polisinin mətbuat xidməti “Aysor.am” saytının məsələ ilə bağlı sorğusunu təsdiqləyib.
KİV-də yayılan məlumata görə, S.Akopyan üç naməlum şəxs tərəfindən döyülüb.
Məlumata əsasən bu şəxslər onu “Ayazan” partiyasının Ermənistan Respublika partiyası binası önündə keçirdiyi etiraz aksiyasından sonra izləməyə başlayıblar.
Smbat Akopyan hazırda xəstəxanaya yerləşdirilib./azvision
7news.az








