Ermənistan maliyyə nazirinin birinci müavini Pavel Safaryan tutduğu vəzifədən azad olunub.
7News.Az erməni KİV-nə istinadən xəbər verir ki, bununla bağlı ölkənin baş naziri Karen Karapetyan sərəncam imzalayıb.
Məlumata əsasən Safaryan daha əvvəl tutduğu vəzifədən azad olunmaq üçün ərizə yazıb.








