Ermənistanın paytaxtı İrəvanda Maliyyə Nazirliyinin binasında güclü yanğın olub.
“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, yanğın binanın damında başlayıb.
İlkin məlumata əsasən, alov 600-800 kvadratmetri əhatə edib. Hadisə yerinə 6 yanğınsöndürən briqadası cəlb edilib.
Yanğının səbəbləri araşdırılır.
7News.Az








