7News.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə bu saatlarda İrəvanda bir qrup silahlı şəxs Polis Binasını ələ keçiriblər. Məlumata görə İrəvanda baş verən olayda silahlı dəstə müxalifət lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. İlkin məlumata görə silahlı dəstə yük maşını ilə polis binasının darvazasını dağıtmaqla içəri daxil ola biliblər.
Məlumat üçün qeyd edək ki, Jirayr Sefilyan qanunsuz silah saxlamaya görə həbs edilib.



