Ermənistanda sərnişin avtobusunda partlayış baş verib.
7News.Az bildirir ki, ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerli vaxtla 21:51-də baş verib. Paytaxt İrəvanın Alabyan küçəsində, 11 nömrəli evin qarşısında partlayan avtobusda hadisə zamanı sürücü ilə birlikdə 9 sərnişinin olduğu bildirilir. 63 saylı avtobus partlayışdan sonra alışıb.
Paytaxtın polis rəisi Vladimir Qasparyanın bildirdiyinə görə partlayış sağ tərəfdə olan 2-ci oturacağın altında baş verib. Qasparyan baş verənlərin terror aktı olub-olmadığına dair fikir bildirməyib. O yalnız qeyd edib ki, hadisə parlayıcının işə düşməsi nəticəsində baş verib.
Partlayış zamanı ölənlərin sayına gəlincə, xəbər agentlikləri bu barədə müxtəlif rəqəmlər səsləndirir. Bəzi mənbələr hadisə zamanı 2 nəfərin yaralandığını, daha 2 nəfərin isə vəziyyətinin ağır olduğunu bildirir. Digərləri isə ölü sayının 6-ya çatdığını iddia edir.








